“Çox utanıram, vicdan əzabı çəkirəm” - Həbs edilən icra başçısı

saytların hazırlanması

Evə çatdırılma

“Çox utanıram, vicdan əzabı çəkirəm” - Həbs edilən icra başçısı

Siyasət

01 May 2020 12:55 838


“Bu kimi əməllərə görə, əlbəttə ki, peşimançılığımızı çəkirik”.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev həbs edilərkən deyib.

“Mən şəxsən özüm buraxdığım səhvlərə, bugünkü durumuma görə çox utanıram, vicdan əzabı çəkirəm”, - deyə sabiq icra başçısı vurğulayıb. Dördpendirli pizza

Qeyd edək ki, DTX-də aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

M.Quliyev Prezident İlham Əliyevin aprelin 30-da imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!