4 İyul - 04:09
Dağıdılan məzar millət vəkilinin atasının imiş - VİDEO

Dağıdılan məzar millət vəkilinin atasının imiş - VİDEO

Hadisə

27 May 2022 09:55 2028


İngiltərəli blogger sosial şəbəkə hesabında Zəngəzurun Urud kəndindən azərbaycanlılara məxsus dağıdılmış qəbiristanlıqdan foto paylaşıb. Şəkildə məzar daşlarından birinin üzərinə "oğlu Musadan xatirə" yazısı həkk olunub. Məzar daşının millət vəkili Musa Quliyevin atasına məxsus olduğu məlum olub. Millət vəkili deyir ki, 16 il əvvəl həmin ərazilərə getsə də, onu qəbiristanlıq ərazisinə buraxmayıblar. 

Ermənistana səfər edən fars mənşəli İngiltərə vətəndaşı olan blogerin dünən "tvitter"də Zəngəzur bölgəsində yerləşən Urud kəndindən paylaşdığı fotolar müzakirələrə səbəb olub. Kəndin dağıdılmış qəbiristanından görüntülərin əks olunduğu fotolarda üzərinə "Oğlu Musadan xatirə" yazılmış məzar daşı xüsusilə diqqət çəkib.

Həmin dağıdılmış qəbirin Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin atasına məxsus olduğu məlum olub. Millət vəkili deyir ki, 16 il əvvəl kəndlərinə gedərkən qəbiristanın ermənilər tərəfindən tamamilə dağıdıldığını görüb.

Millət vəkili deyir ki, 1988-ci ildə indiki Ermənistan deyilən qədim Azərbaycan torpaqlarından bütün Azərbaycan türkləri deportasiya edilib. Bundan sonra Azərbaycanın 261 kəndi ilə yanaşı, müqəddəs yerlər də dağıntılara məruz qalıb. Ermənilər bu əməlləri ilə azərbaycanlılara məxsus izləri silməyə çalışıblar. Musa Quliyevin sözlərinə görə, Urud qəbiristanı ən qədim məzarlıqlardan biri olub.

Millət vəkili deyir ki, ölkə başçısının dediyi kimi, biz ora da qayıdacağıq və o zaman bu cür dağıdılmış qəbiristanları da bərpa edəcəyik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!