Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıblar.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xilasedicilər dağıntılar altında olan tələbələrimizin adlarını səsləyiblər, onlar cavab veriblər. S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.
Güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb. Təbii fəlakət nəticəsində 3 471 bina dağılıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.
***
Türkiyədə baş verən zəlzələdən sonra Malatya İnönü Universitetində təhsil alan 4 azərbaycanlı tələbədən xəbər yoxdur.
Türkiyədəki Azərbaycan səfirliyinin zəlzələ ilə bağlı Malatyadakı məsul şəxsi Elvin Əhmədovun Publika.az-a verdiyi məlumata görə, Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin yaşadıqları bina çöküb.
"Həmin tələbələrlə bağlı müvafiq orqanlara rəsmi sorğu göndərilib, cavab gözləyirik", - o əlavə edib.
Telegram kanalımız