Dağıstandakı zəlzələ Bakı-Novorossiysk neft kəmərinə necə təsir edib?

saytların hazırlanması

Evə çatdırılma

Dağıstandakı zəlzələ Bakı-Novorossiysk neft kəmərinə necə təsir edib?

İqtisadiyyat

20 Fevral 2024 21:47 1914


Dağıstanda səhər saatlarında baş vermiş zəlzələ nəticəsində Bakı-Novorossiysk neft kəməri zədələnməyib.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Transneft” şirkətinin rəsmi nümayəndəsi İqor Demin məlumat verib.

O bildirib ki, Bakı-Novorossiysk magistral neft kəmərində aparılan yoxlamanın nəticələrinə görə, episentrdən 200 kilometr radiusda heç bir zədə aşkar edilməyib. 

Rəsmi nümayəndə bütün qurğular normal işlədiyini qeyd edib.

Xatırladaq ki, Dağıstanın Aqul rayonunda 4,6 bal gücündə zəlzələ qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!