Danimarka və İsveç NATO-nun Avropa Raket Hücumundan Müdafiə Sisteminə (ABM) qoşuldular.
Yenisabah.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
Ötən ilin oktyabrında NATO-nun 14 ölkəsi və Finlandiya “Avropa Raket Əleyhinə Qalxan” adlanan sistemin yaradılması haqqında bəyannamə imzalayıb. Almaniya bu təşəbbüsün koordinatoru olub. "Qalxan" hazırkı Avropa hava hücumundan müdafiə sistemindəki mövcud boşluqları doldurmağa kömək etməlidir. Toyuqlu pizza
Hazırda “Avropa qalxanı” özündə 15 NATO dövlətini - Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Danimarka, Latviya, Litva, Hollandiya, Norveç, Rumıniya, Slovakiya, Sloveniya, Çexiya və Estoniyanı, habelə Alyansa qoşulma prosesində olan Finlandiyanı birləşdirir.
Telegram kanalımız