Daha 20 ölkədə erməni təxribatları ilə bağlı aksiyalar keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Daha 20 ölkədə erməni təxribatları ilə bağlı aksiyalar keçiriləcək

Siyasət

23 İyul 2020 14:11 792


“Əlavə olaraq 20 ölkədə də soydaşlarımız erməni təxribatı ilə bağlı aksiyalar keçirəcək”.

Yenisabah.az , bunu bu gün mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev bildirib.

O deyib ki, aksiyalarla bərabər mətbuat konfransları və digər tədbirlər də təşkil olunacaq:

"Soydaşlarımızın dinc xarakterli aksiyası ermənilərin törətdikləri təxribatların mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq məqsədini daşıyır:

“Həmsədr ölkələr artıq dərk edirlər ki, status-kvonun saxlanması mümkün deyil. Ermənistan sülhə vadar edilməlidir, başqa yol qalmır. Ermənistan işğal olunmuş torpaqları azad etmək istəmirsə, danışıqları pozursa, sülhə vadar olunmalıdır. Beynəlxalq hüququn imperativ tələbləri var. Artıq təxirəsalınmaz addımların atılmasının zamanı çatıb”. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!