Audiovizual Şuraı növbəti iclasında 3 ümumölkə yerüstü radio yayımçısına lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqələrə yekun vurub.
Yenisabah.az xəbər verir ki, müsabiqənin qalibləri elan olunub. 7 iddiaçı arasında daha üstün texniki, yaradıcı, kadr və iqtisadi potensiala malik olan 3 iddiaçı - "NHR" MMC (radio redaksiyanın adı "Yurd FM"), "Bakı FM" MMC (radio redaksiyanın adı "Bakı Hit FM"), "Retro FM" MMC (radio redaksiyanın adı "Bakı Retro FM") - qalib elan olunmuş və hər bir müsabiqə üzrə yekun qərarlar verilib.
Daha sonra iclasda Şəmkir rayonunda yerləşən "Atabəy" radio-televiziya stansiyasından 22-ci TV yayım kanalından yayımlanan yerüstü rəqəmsal açıq (sosial) televiziya paketinin qəbulunda maneələr yarandığından açıq (sosial) paketin yayımının həmin stansiyadan 35-ci TV yayım kanalından həyata keçirilməsi haqqında qərar qəbul olunub. Dominos pizza
Telegram kanalımız