Daha 6 itkin-şəhidin nəşi ailəsinə təhvil veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Daha 6 itkin-şəhidin nəşi ailəsinə təhvil veriləcək

Sosial

30 İyun 2026 11:40 82


I Qarabağ müharibəsi ilə əlaqədar indiyə qədər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ümumilikdə 934 şəxsə məxsus sümük qalıqları qəbul edilib.

"Yeni Sabah" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, təqdim edilmiş qalıqlardan 206 şəxsə məxsus meyit qalıqları naməlum şəhid məzarlarından, 79 şəxsə məxsus meyit qalıqları isə tanınmadan dəfn edilmiş şəhid məzarlarından məzar adlarının dəqiqləşdirilməsi məqsədilə ekshumasiya edilib: pizza sifarişi

“327 şəxsin qalıqları eyniləşdirilib. 226 nəfər şəhidimizin meyiti Dövlət Komissiyasının qərarı və iştirakı ilə şöbələrimizdən ailələrə təhvil verilib. Sabah -iyunun 1-də və 3-də daha 6 nəfər şəhidimizin meyiti ailələrinə təhvil veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!