Daha bir erməni deputatın toxunulmazlığı ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Daha bir erməni deputatın toxunulmazlığı ləğv olundu

Rəsmi

12 Aprel 2023 13:52 858


Ermənistan Milli Məclisi qapalı gizli səsvermədə “Hayastan” fraksiyasının deputatı Mqer Saakyana qarşı ictimai cinayət təqibinin açılmasına razılıq verib.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, baş prokuror Anna Vardapetyan parlamentdə bu barədə vəsatət qaldırıb.

Gizli səsvermədə 65 deputat iştirak edib, onların hamısı qərarın lehinə səs verib.

Mqer Saakyanın özü hazırda Sünikdə olduğu üçün səsvermədə iştirak etməyib.

Deputat əmin edib ki, martın 31-də Milli Məclisin Dövlət Hüquq Məsələləri Komitəsinin qapalı müzakirəsi zamanı o, hakim partiyanın deputatı Vladimir Vardanyanı sırf özünümüdafiə məqsədilə vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!