Daha bir erməni hərbçisinin cəsədinin qalıqları aşkar olundu

saytların hazırlanması

Evə çatdırılma

Daha bir erməni hərbçisinin cəsədinin qalıqları aşkar olundu

Hadisə

22 İyun 2021 22:09 750


Qarabağda hərbi əməliyyatların gedişində həlak olmuş daha bir erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Cəsədin qalıqları Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı tapılıb.

Qalıqların kimə məxsus olmasının məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcəyi bildirilib.

Qeyd edək ki, bununla da, indiyədək Qarabağ və ətraf ərazilərdə tapılan erməni hərbçilərinə məxsus cəsədlərin sayı 1584-ə çatıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!