Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi kosmetoloq Elnarə Canlının fəaliyyəti ilə bağlı aparılan yoxlamaların nəticələrini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, vətəndaş müraciətləri və mediada yayılan məlumatlar əsasında E.Canlının fəaliyyəti ilə bağlı bir neçə plandankənar yoxlama keçirilib.
Yoxlamalar zamanı onun lisenziya olmadan özəl tibbi, o cümlədən kosmetoloji fəaliyyət göstərdiyi müəyyən edilib. Bununla bağlı 2025–2026-cı illərdə üç inzibati xəta protokolu tərtib olunub. pizza hut
İnzibati tədbirlərə baxmayaraq, lisenziyasız fəaliyyətin davam etdirildiyi aşkarlanıb. Buna görə Səhiyyə Nazirliyi 13 mart 2026-cı ildə məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edib.
Nazirlik lisenziyasız tibbi fəaliyyət faktına hüquqi qiymət verilməsini və qanunvericiliyə uyğun tədbirlərin görülməsini xahiş edib.
Aytac Əliyeva
Telegram kanalımız