Türkiyəli məşhur aktrisa Bergüzar Korel yeni albom çıxaracağı xəbərini verib.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeddi aylıq hamilə olan aktrisa yeni albomunun fevral ayının ikinci həftəsində mağazalarda yer alacağını bildirib.
Mahnı oxumağı çox sevdiyini deyən Korel bunu həmişə arzu etdiyini bildirib. O, ikinci albomunu da Aykut Gürel (aranjimançı - red.) yardımı ilə çıxarıb. pizza hut
Xatırladaq ki, aktrisa ilk albomunu 2016-cı ildə çıxarmışdı. Həmin albomda Sezen Aksunun 12 mahnısını caz üslubunda oxumuşdu. Lakin onu sözügedən layihəsi elə də populyar olmamışdı. B. Korelin bu dəfə daha iddialı olduğu deyilir.

Telegram kanalımız