Daha bir məşhurumuzdan təhsilə dəstək: 1500 manat ödədi - Foto

Daha bir məşhurumuzdan təhsilə dəstək: 1500 manat ödədi - Foto
Avq 23, 2019 11:45
Oxunma sayı: 109

“Avtostop” verilişinin aparıcısı Tural Yusifov (DJ Tural) maddi imkanı zəif olduğu üçün təhsil ala bilməyən tələbənin illik təhsil haqqını ödəyib. Aparıcı ADU Jurnalistika ixtisasına qəbul olmuş Zeynəbin 2-ci kurs üçün olan illik ödənişini öz öhdəsinə götürüb. 

“Yeni Sabah” xəbər verir ki, bu  haqda ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı sosial şəbəkədə  məlumat verib:

“Avtostop verilişinin aparıcısı Tural Yusifov Jurnalistika ixtisasına qəbul olmuş və maddi durumu çox zəif olduğu üçün qeydiyyatdan keçməkdə çətinlik çəkən Zeynəbin növbəti il üçün nəzərdə tutulan 1500 manat təhsil haqqı ödənişini kart hesabımıza köçürdü. Var olsun!

Qeyd edək ki, paylaşdığımız elandan sonra Zeynəbin birinci kurs üçün nəzərdə tutulmuş 1500 manat məbləğində təhsil haqqı bu gün ərzində toplanmışdı. Tural bəyin də dəstəyi sayəsində tələbəmizin 2-ci kurs üçün nəzərdə tutulmuş təhsilhaqqı da tamamlandı”. 

Xatırladaq ki, bir neçə gün öncə də gənc müğənni Mehin Hümbətova Orxan adlı tələbənin 1 illik təhsil haqqını ödəyib.

Əsmətxanım

 

Yenisabah.az