Daha iki rayona və bir şəhərə giriş-çıxış dayandırılır
28 Okt 2020 17:20
778

Daha iki rayona və bir şəhərə giriş-çıxış dayandırılır

Ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikasınnı Nazirlər Kabineti “Xüsusui karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Qərara dəyişikliklər edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilənməlumata görə, dəyişikliyə əsasən operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhəri, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri, Şəki şəhəri və Kiş kəndi, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndləri, Quba şəhəri, Quba rayonunun Rustov və Zərdabi kəndləri, Mingəçevir şəhəri, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonları ilə yanaşı, 2020-ci il 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhərinə, Cəlilabad və Masallı rayonlarına da giriş-çıxış dayandırılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər