“Dalaşdıq, bizi polis bölməsinə apardılar” - Nadir Qafarzadə

saytların hazırlanması

Evə çatdırılma

“Dalaşdıq, bizi polis bölməsinə apardılar” - Nadir Qafarzadə

Şou

30 Aprel 2025 15:34 1415


Müğənni Nadir Qafarzadə Türkiyədə polis tərəfindən saxlanılmasından danışıb.

Yenisabah.az xəbər verir ki, bu haqda ifaçı "Afaqla 10lar" verilişində danışıb. O bildirib ki, yaxta gəzintisi zamanı bilet satanla dava edib:

"Bizə demişdilər ki, yaxta gəzintisində diqqətli olun, adamı aldadırlar. Mən, həyat yoldaşım, Günel Ələkbərova və Fatimə Fətəliyeva getmişdik Alanyaya. Türkiyəyə ilk səfərim idi. Bilet satan bizi aldatdı, sonra dalaşdıq və çox pis söyüş söydü. Heç kim bu söyüşü bağışlamazdı, bizim qırğınımız başladı. Polis gəldi və bizi apardı bölməyə. Həmin gün də polis şöbəsinin açılışı idi. Stola şirniyyatlar düzüblər. Bölmənin ilk şikayətçisi biz olmuşuq. Həmin şəxsin qardaşı gəldi, dil tökdü. Biz də ürəyimiz yumşaq, bağışladıq"./Axşam.az Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!