Müğənni Damla oğlu İbrahimlə birgə Atv telekanalında yayımlanan “Zaurla Günaydın” proqramının qonağı olub.
Yenisabah.az xəbər verir ki, ifaçı əvvəllər oğlunu mediadan gizlətməsinin səbəbini açıqlayıb:
“Bilirsiniz, oğlum bir az başqa xarakterli uşaqdır. Açılışmağa, efirlərə gəlməyə biz məcbur edirik. Qapalı uşaqdır. Ona görə həmişə kənar tutmağa çalışmışıq. Xasiyyəti daha çox atasına bənzəyir”. pizza sifarişi
Müğənni oğlunun atası ilə tez-tez görüşdüyünü də bildirib:
“Atası ilə mütəmadi olaraq görüşürlər. Oğlum atasının yanında olanda çox rahat oluram. İdmanı ilə, tərbiyəsi ilə o məşğul olur. Elə məsələlər var ki, mən çatdıra bilmirəm, atası edir. Paltarlarını, sevdiyi şeyləri o alır”.
Telegram kanalımız