"Neftçi"nin aparıcı futbolçusu Dario Federiko komandadan ayrıla bilər.
“Yeni Sabah” xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Cənubi Koreya klublarının birindən təklif alıb. Artıq oyunçunun meneceri məsələ ilə bağlı "Neftçi" rəhbərliyini məlumatlandırıb. Ancaq hələlik "ağ-qaralar" Dario ilə bağlı yekun qərarını verməyib.
Qeyd edək ki, Federiko "Neftçi"yə bu mövsümün əvvəlində keçib. Onun paytaxt klubu ilə 2019-cu ilin yayına qədər müqaviləsi var. 27 yaşlı futbolçu daha əvvəl Cənubi Koreyada "Sonnam" klubunun formasını geyinib. pizza mizza
qol.az
Telegram kanalımız