Daşkəsəndə 21 gün əvvəl itkin düşən şəxsin meyiti göldən tapıldı
21 Noy 2020 21:57
939

Daşkəsəndə 21 gün əvvəl itkin düşən şəxsin meyiti göldən tapıldı

Daşkəsəndə göldə kişi meyiti aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, rayonun Xoşbulaq kəndində yerləşən göldən meyiti tapılan şəxsin Gəncə şəhər sakini, 1956-cı il təvəllüdlü Abbasov Ələddin Firudin oğlu olduğu müəyyənləşib.

Göldən ona məxsus “VAZ 2106” markalı avtomobil də tapılıb. Məlumata görə, mərhum ürək çatışmazlığından əziyyət çəkib. O, bu il oktyabrın 31-də avtomobili ilə birlikdə itkin düşüb. Bununla bağlı polisə məlumat verilib. /Unikal.org

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər