DÇ-2026-da bilet qiymətləri durmadan artır

saytların hazırlanması

Evə çatdırılma

DÇ-2026-da bilet qiymətləri durmadan artır

İdman

04 İyul 2026 09:50 124


DÇ-2026-nın 1/8 finalında keçiriləcək İngiltərə-Meksika oyununun biletlərinin qiyməti kəskin bahalaşıb.

"Yeni Sabah" BBC-yə istinadla xəbər verir ki, İngiltərə azarkeşlərinin əvvəlcədən aldığı biletlər FIFA-nın rəsmi satış portalında dəfələrlə baha qiymətə yenidən satışa çıxarılıb.

Nominal qiyməti 605 dollar (460 funt sterlinq) olan ən bahalı biletlər hazırda 30 min dollara (22 800 funt sterlinq) təklif edilir. Alıcı üçün nəzərdə tutulan FIFA-nın 15 faizlik komissiyası əlavə edildikdə isə bir biletin qiyməti 34 500 dollara (26 220 funt sterlinq) çatır. Bu, ilkin qiymətdən 57 dəfə çoxdur. Sezar pizza

Nominal dəyəri 295 dollar (224 funt sterlinq) olan ən ucuz biletlər isə hazırda 3448 dollara (2620 funt sterlinq) satılır. Bu da ilkin qiymətdən təxminən 12 dəfə bahadır.

Son 3 gündə bu matçın biletlərinin qiyməti daha 33 faiz artıb. Halbuki, pley-off mərhələsinin digər görüşlərinə biletlərin qiymətində ucuzlaşma müşahidə olunur.

Meksika - İngiltərə görüşü iyulun 6-da keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!