DÇ-2026: Fransa - Seneqal matçında dörd qol vuruldu

saytların hazırlanması

Evə çatdırılma

DÇ-2026: Fransa - Seneqal matçında dörd qol vuruldu

İdman

17 İyun 2026 01:19 197


Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) I qrupunda 1-ci turun ilk oyunu keçirilib.

"Yeni Sabah" xəbər verir ki, ABŞ-nin İst-Raterford şəhərində Fransa və Seneqal milliləri qarşılaşıblar.

Oyun Avropa təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1. pizza sifarişi

Qarşılaşmanın 66 və 82-ci dəqiqələrində Fransadan qolları müvafiq olaraq Kilian Mbappe və Bredli Barkolya vurublar. Mbappe 90+6-cı dəqiqədə rəqib qapısından daha bir top keçirərək dubla imza atıb. Seneqalın təsəlli qolunun müəllifi isə 90+5-ci dəqiqədə fərqlənmiş İbrahim Mbaye olub.

Qeyd edək ki, bu gün saat 02:00-da qrupun digər oyununda İraq və Norveç yığmaları qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!