“Dedilər ki, vay-vay, Ruhəngiz efirə çıxıb güzgü satır”

saytların hazırlanması

Evə çatdırılma

“Dedilər ki, vay-vay, Ruhəngiz efirə çıxıb güzgü satır”

Şou

21 İyun 2024 17:39 602


"Yeni aldığım evimi təmir edib, pis günə qoyan ustalar müəyyən insanların qarşısında cavab verəcəklər. Hələ başım qarışıqdır. Dəyən ziyanı bir-bir yazıb o ustalardan şikayət edəcəm". 

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Elgizlə izlə" verilişində deyib. 

O bildirib ki, evini ikinci dəfə təmir edəcək:  Dördpendirli pizza

"Hamam otağı sökülüb yenidən təmir olunmalıdır. Onlar elə danışıb ağlayırlar ki... İndi qəpik-qəpik pul yığıram, evimin təmirinə yenidən başlayıram". 

R.Allahverdiyeva əl işi sayılan güzgü satdığına görə onu məsxərəyə qoyanlara ismarış yollayıb: 

"Dedilər ki, vay-vay, Ruhəngiz efirə çıxıb güzgü satır. Güzgü, meyvə-tərəvəz və ya paltar satmaq ayıb deyil. Düzlüklə pul qazanmaq üçün Allah yol açıb". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!