DƏHŞƏT: Dünyada hər 44 saniyədə bir nəfər koronavirusdan ölür

saytların hazırlanması

Evə çatdırılma

DƏHŞƏT: Dünyada hər 44 saniyədə bir nəfər koronavirusdan ölür

Sosial

08 Sentyabr 2022 13:18 833


Ümumdünya Səhiyyə Təşkilatı dünyada Covid-19 və meymunçiçəyi epidemiyalarında azalma olduğunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Təşkilatın Cenevrə qərargahında həftəlik mətbuat konfransı keçirilib. Konfransda çıxış edən ÜST-nin baş direktoru Dr. Tedros Adanom Qebreyesus epidemiyalardakı son vəziyyəti qiymətləndirib.

Həftəlik Covid-19 hadisələrinin və ölüm hallarının azaldığını bildirən Qebreyesus, "Bu tendensiyanın  nə qədər davam edəcəyinə zəmanət verə bilmərik", - deyib. Marqarita pizza

Fevral ayından bu yana Covid-19-dan ölümlərin yüzdə 80-dən çox azaldığını qeyd edən Qebreyesus, "Ancaq son bir həftədə hər 44 saniyədə bir nəfər Covid-19-dan həyatını itirdi. Bu ölümlərin böyük əksəriyyətinin qarşısı alına bilər" deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!