Dəhşət: Öldürülən 43 tələbənin cəsədi asit turşusu ilə əridilib
21 Yan 2021 17:36
428

Dəhşət: Öldürülən 43 tələbənin cəsədi asit turşusu ilə əridilib

2014-cü ildə Meksikada qaçırılan 43 şagirdin öldürüldüyü və cəsədlərinin asit turşusu ilə əridilərək məhv edildiyi iddia edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Reform" qəzeti yazıb. Məlumata görə, "Juan" olaraq tanınan və mafiya üzvü olduğu deyilən bir gizli şahid, 2014-cü il hadisələri zamanı polis tərəfindən oğurlanan 43 şagirdin hərbi hissədə dindirildikdən sonra "Guerreros Ünidos" adlı narkotik dəstəsinə verildiyini bildirib. O, cəsədlərin məhv edildiyini, bəzilərinin isə parçalanaraq Texko şəhəri yaxınlığında boş əraziyə atıldığını deyib.  

Bildirək ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı şagirdlərin itkin düşməsi səbəbilə nəzarətə götürülən 129 nəfərin 34-nün işgəncə gördüyü ilə bağlı hesabat yaymışdı. Hesabatda federal müstəntiqlərin şübhəlilərdən işgəncə yolu ilə ifadə aldığına diqqət çəkilmiş və bu etirafların etibarsız hesab edildiyi vurğulanmışdır. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər