Dəhşətli cinayət: Keçmiş həyat yoldaşını küçənin ortasında güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Dəhşətli cinayət: Keçmiş həyat yoldaşını küçənin ortasında güllələdi

Kriminal

22 İyun 2021 07:18 1018


Türkiyənin İstanbul şəhərində rəfiqəsi ilə gəzintiyə çıxan qadın keçmiş əri tərəfindən silahlı hücuma məruz qalıb.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik  kameraları tərəfindən qeydə alınıb.

Kişi silahı keçmiş həyat yoldaşının ayaqlarına tuşlayaraq ona bir neçə dəfə atəş açıb. Sezar pizza

Hadisəyə müdaxilə edən qadının rəfiqəsi silahlı şəxsi itələyərək yerə yıxıb və nəticədə kişi qaçaraq ərazidən uzaqlaşıb.

Yaralı qadın xəstəxanaya yerləşdirilib. Hücumu həyata keçirən şəxs qısa müddət sonra saxlanılıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!