Türkiyənin məşhur müğənnisi Demet Akalın konsert zamanı kişi pərəstişkarının arzuolunmaz fiziki yaxınlığından sonra ilk dəfə danışıb.
“Yeni Sabah” xəbər verir ki, ifaçı özünə “selfi çəkdirmək” bəhanəsi ilə yaxınlaşan şəxsin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq geri çəkilmədiyini bildirib.
Hadisə İstanbulda keçirilən konsert zamanı baş verib. Konsertdən sonra əsəbi olduğu görünən Demet Akalın mühafizəçilərinə hadisə ilə bağlı etiraz edib və həmin şəxsin ona dəfələrlə toxunduğunu bildirib. pizza
Sənətçi daha sonra həyat yoldaşı Okan Kurtla birlikdə məkanı tərk edib.
Akalın yaşanan hadisə ilə bağlı “Söylemezsem Olmaz” proqramının aparıcıları Bircan Bali və Uğur Kotana açıqlama verib.
Müğənni bildirib ki, həmin şəxs iki dəfə ona yaxınlaşıb və o da hər iki dəfə onu itələyib:
“Özüm hiss etdim. İki dəfə etdi, mən də iki dəfə onu itələdim. Amma nəticə dəyişmədi. İran əsilli imiş. Selfi çəkmək üçün yanıma gəlib”.
Demet Akalın həmin şəxsin birbaşa toxunmadığını, lakin həddindən artıq yaxınlaşdığını qeyd edib:
“Əlləmə, sıxma kimi bir şey yoxdur, amma dəfələrlə yanıma gəldi. Mən ona “get” dedim, getmədi. Yenidən geri qayıtdı. Bu reaksiyasından narahat oldum”.
Sənətçi hadisənin bu qədər böyüməsindən də təəssüfləndiyini bildirib:
“Normalda bunu bu qədər uzatmaram. Bu qədər uzatdığım üçün də üzgünəm. Bu qədər insan ölür, mənim məsələm heç nə deyil. Toxunanda əsəbiləşdim, çünki müalicə alıram”.
Aydan Hacı
Telegram kanalımız