"Azərbaycan ərazisinə kimliyindən asılı olmayaraq, gələn hər bir şəxs ilk növbədə bu məsələni Azərbaycan tərəfi ilə razılaşdırmalıdır".
Yenisabah.az demokrat-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
O, Ermənistan parlamentinin “Hayastan” blokundan olan bir qrup deputatın Qarabağa qanunsuz səfərini şərh edib.
Deputat vurğulayıb ki, əks halda bu, Azərbaycan dövlətinin sərhədinin pozulması hesab oluna bilər:
“Ona görə də, gələn bu şəxslərin hansı yolla, necə gəlməsi, məramı-məqsədi nədən ibarət olması aydınlaşdırılmalıdır. Aydınlaşdırdıqdan sonra sülhməramlı qüvvələrin öz səlahiyyətinə uyğun olaraq bunları necə buraxması, dəhlizdən necə keçməsi və s. kimi bütün bu proseslərə də aydınlıq gətirilməlidir.
Əgər onlar qanunsuz yolla Azərbaycan ərazisinə daxil olublarsa, mütləq şəkildə sərhədi qeyri-qanuni keçməsi və digər müvafiq maddələrlə onlar haqqında cəza tədbirləri görülməlidir.
Bu hadisə birinci hal deyil, dəfələrlə bu hadisələr təkrarlanıb. Son dəfə isə hətta sülhməramlı qüvvələr dəhlizdən keçmək istəyənləri geri qaytarıb. Mütləq şəkildə bunların gəlmələrinin məramı və məqsədi aydın olmalıdır. Ondan sonra artıq XİN səviyyəsində və digər qurumlar səviyyəsində bu məsələyə aydınlıq gətirilməlidir".
Telegram kanalımız