Deputat rüşvətxor məmurların ailələrinə çağırış etdi
23 May 2020 09:09
1186

Deputat rüşvətxor məmurların ailələrinə çağırış etdi

“Ölkədə Prezident tərəfindən korrupsiyaya qarşı savaş açılıb”. 

Bunu AzTV-də yayımlanan “Hədəf” verilişində deputat Qüdrət Həsənquliyev deyib.  

O bildirib ki, cəmiyyət korrupsiya ilə mübarizədə dövlətə yardım etməlidir. Q. Həsənquliyev qeyd edib ki, dövlətin aztəminatlı ailələrə ayırdığı kartlar icra başçılarının kabinetlərindən çıxır. Onun sözlərinə görə, Azərbaycanda rüşvət verənlər də cəzalandırılmalıdır:  

“Bizdə bəzən insanlar qanunsuz imtiyazlar əldə etməyə çalışırlar. Məsələn, vergidən yayınmaq üçün rüşvət verirlər. İmtiyaz üçün rüşvət verən şəxslər də məmurları yoldan çıxarır. Amma istənilən halda rüşvət verən şəxs məsuliyyətə cəlb edilməlidir. Rüşvət verməsi barədə könüllü məlumat verən şəxs barəsində ən azından yüngülləşdirici halla məsuliyyətə cəlb olunmalıdır”.  

Deputat rüşvətxor məmurların ailələrinə də çağırış edib: “Həmin ailələr görürsə ki, evə qeyri-qanuni yollarla pullar daxil olur, buna etiraz etməlidirlər. Əks təqdirdə bunun mənəvi iztirabı da var”.  /Oxu.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər