Deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında quru sərhədlərinin bağlı qalması məsələsinə də toxunub.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, o, pandemiyanın bütün dünyada bitdiyini xatırladıb:
"Bizim sərhəd bölgəsinin insanları Azərbaycan dövlətinə inteqrasiya olunmağa başlayıb, sərhəd açıq olanda sərhəd ölkələrinə gedirdilər. Amma sərhədlərin bağlı qalmasından sonra belə hesablama aparılıbmı ki, nə itirmişik, nə qazanmışıq?! pizza sifarişi
Biz sərhədləri ömürlük bağlı saxlaya bilmərik ki?! Sərhədlər açılandan sonra bizim itirdiklərimiz nə olacaq? Sərhədlər bağlı qalanda bizim büdcədə nə qədər qazanc əldə edilib?”
Telegram kanalımız