Deputatlar bu kəndlərin adının dəyişdirilməsinə razılıq verdi

saytların hazırlanması

Evə çatdırılma

Deputatlar bu kəndlərin adının dəyişdirilməsinə razılıq verdi

Siyasət

12 May 2026 13:03 117


Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsi qəbul edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə sənəd Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Qubanın Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq. Vladimirovka kənd inzibati ərazi dairəsi isə Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək. pizza sifarişi

Həmçinin, sənəddə qeyd edilib ki, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək.

Bildirilib ki, Qubanın kəndlərinin adlarının dəyişdirilməsi Milli Məclisin Toponimiya komissiyasının tövsiyəsi ilə hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!