“Deputatların səfərinin Almaniya hökumətinə heç bir aidiyyəti yoxdur” - Səfirlik

saytların hazırlanması

Evə çatdırılma

“Deputatların səfərinin Almaniya hökumətinə heç bir aidiyyəti yoxdur” - Səfirlik

Siyasət

19 Oktyabr 2020 13:44 1451


Almaniyalı parlamentarilərin Dağlıq Qarabağa qanunsuz səfərinin Federal Hökumətə heç bir aidiyyəti yoxdur.

Yenisabah.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.   

“Federal Parlamentin iki üzvü və müxalifət partiyası AFD-nin Brandenburq əyalət parlamentindəki iki təmsilçisinin Dağlıq Qarabağ bölgəsinə səfəri barədə məlumatımız var. Parlament üzvləri qərar verməkdə sərbəst və müstəqildir. Bu səfərin Almaniya Federal Hökumətinə heç bir aidiyyəti yoxdur. pizza mizza

Federal Xarici İşlər Nazirliyi beynəlxalq hüquqa əsasən, Almaniya Federativ Respublikasının qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaması faktını xatırladaraq “Dağlıq Qarabağ bölgəsinə və ətrafındakı işğal olunmuş ərazilərə heç bir vasitə ilə getməmək” barədə israrlı səyahət xəbərdarlığı edib”, - deyə qeyd olunub. 

Qeyd edək ki, “Almaniya üçün alternativ” Partiyasının (AfD) 4 üzvü - Şteffen Kotre, Stephen Koiter, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər ediblər. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!