Dərmanların düzgün şəraitdə saxlanılmaması onların tərkibinin və təsirinin dəyişməsinə, bəzi hallarda isə sağlamlıq problemlərinə səbəb ola bilər.
“Yeni Sabah” xəbər verir ki, türkiyəli əczaçı Ayşə Ceren Çetinova dərmanların üzərində və içlik vərəqəsində göstərilən saxlama qaydalarına əməl etməyin vacib olduğunu bildirib.
Əczaçı qeyd edib ki, bəzi dərmanlar otaq temperaturunda və işıq düşməyən yerdə, bəziləri isə soyuducuda saxlanılmalıdır. Buna görə hər dərmanı eyni şəraitdə saxlamaq düzgün deyil. Çetinovanın sözlərinə görə, dərmanlar birbaşa günəş işığı düşməyən, qaranlıq və quru yerdə, məsələn, uyğun dolabda saxlanılmalıdır. pizza mizza
O, bəzi insanların dərmanların daha yaxşı qorunması üçün onları soyuducuya qoyduğunu bildirib. Lakin bunun bütün dərmanlar üçün uyğun olmadığını vurğulayıb. Əczaçı xüsusilə şərbətlərin soyuducuda saxlanılmasının bəzi hallarda şəkərlənmə prosesini sürətləndirə biləcəyini qeyd edib.
Dərmanların yüksək temperaturda və ya rütubətli mühitdə saxlanılması onların tərkibindəki aktiv maddələrin strukturunun dəyişməsinə səbəb ola bilər.
Bu proses dərmanın növündən asılı olaraq fərqli təsir göstərə bilər. Korlanmış dərmanlar bəzən xarici görünüşdə ciddi dəyişiklik olmadan da istifadə edilə bilər.
Belə dərmanların qəbul edilməsi mədə ilə bağlı narahatlıqlara, xüsusilə bəzi şərbətlərdə udma çətinliyinə və digər xoşagəlməz əlamətlərə səbəb ola bilər. Nadir hallarda zəhərlənmə əlamətləri də ortaya çıxa bilər.
Əczaçı bildirib ki, dərmanın düzgün saxlanılmadığından şübhələnirsinizsə və qəbul etdikdən sonra hər hansı narahatlıq yaranırsa, həmin dərmandan yenidən istifadə etməmək və mütəxəssisə müraciət etmək lazımdır.
Mütəxəssis dərmanların saxlanma qaydalarının hər bir preparat üçün fərqli ola biləcəyini və istifadə etməzdən əvvəl içlik vərəqəsindəki təlimatların oxunmasının vacib olduğunu vurğulayıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız