Dəryanın qızı analiz tələb etdi: “...atamın oğlu yoxdur“

saytların hazırlanması

Evə çatdırılma

Dəryanın qızı analiz tələb etdi: “...atamın oğlu yoxdur“

Şou

21 Fevral 2019 15:03 1384


Mərhum repçi Hüseyn Dəryanın qızı Aişə "Bizimləsən" verilişində gözlənilməz iddia ilə çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, o, canlı efirdə atasının Sona İbadova ilə evliliyindən doğulan oğlu Cahangirin DNT analizi verməsini istəyib. Dəryanın qızı qeyd edib ki, onun qardaşı olub-olmamasını öyrənmək fikrindədir:

“Sosial şəbəkələrdən istifadə edirəm. Hər kəs deyir ki, Hüseyn Dəryanın oğlu yoxdur. Sağ olanda da atamın adına qalmaqallar, sözlər çıxarıldı. Amma artıq onun adının belə hallanmasını təhqir kimi qəbul edirəm.  pizza mizza

Əminəm ki, o, mənim qardaşımdır. Atam sağ olanda qardaşımla çox illərimizi itirdik, bir yerdə deyildik. Gələcəkdə onunla bir-birimizə dayaq olacağıq. Onların da şübhəsi varsa, gəlsinlər analiz verək. Mən test etməyə hazıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!