Tanınmış rəqqasə Fatimə Fətəliyeva ailə üzvlərinin onun rəqslərə son verməsini istədiyini bildirib.
Yenisabah.az xəbər verir ki, sənətçi bu haqda ATV telekanalında yayımlanan “Şans oyunu” proqramında qonaq olarkən danışıb:
"Evdə deyirlər ki, artıq nənəsən, hind rəqslərinə son qoy. Rəsqi sevirəm, iç dünyam budur. Rəqs mənim iç dünyamdır. Tək hind rəqsi oynamıram. Milli rəqslər başımın tacıdır. Hindistanlı deyiləm, onlar kimi də oynaya bilmərəm. Amma onların mədəniyyətini, musiqisini, zənginliyini və təbiətini sevirəm, çox gözəldir". pizza
Qeyd edək ki, rəqqasə Fatimə Fətəliyeva may ayında nənə olub. Onun qızı Aydanın oğlu dünyaya gəlib. Aydan ötən ilin avqustunda Əkbər adlı şəxslə ailə qurub.
Telegram kanalımız