“Deyirlər özünü gözə soxmağa çalışır...” – Damla  + Video
06 İyn 2020 13:53
575

“Deyirlər özünü gözə soxmağa çalışır...” – Damla + Video

Müğənni Damla bir həftə karantində saxlanıldıqdan sonra dünən “Xəzər” telekanalında yayımlanan "5/5" verilişində qonaq olub. 

Yenisabah.az xəbər verir ki, ifaçı ünvanına yazılan tənqidlərdən danışıb: "Deyirlər, çox saxtadır, yalan danışır, özünü məsum kimi gözə soxmağa çalışır. İnsanlara özünü mələk kimi təqdim edir. Sənət adamlarının çıxışlarını hər zaman izləyirəm. Hansısa bir sənət dostumun xətrinə dəymək, alçaltmaq, təhqir etmək, ələ salmaq, lağa qoymaq, dürüstlükdürsə, səmimiyyətdir? Onlar haqda neqativ fikirlər demək və bunu "sözü üzə deyirəm" kimi qələmə vermək səmimiyyətdir? Bunları etmirəmsə, saxtakaram?". 

Damla müğənni Şəbnəm Tovuzlu ilə efirə çıxmaq istəməməsinə də aydınlıq gətirib: "Nə deyim. Nəinki Şəbnəm xanımla, heç bir sənət dostumla efirə çıxmıram. Bu haqda dəfələrlə demişəm”. 

Sözügedən görüntüləri verilişin 15-ci dəqiqəsindən etibarən izləyə bilərsiniz:

 

Oxşar xəbərlər