“Deyirlər rəqqasəlik etmək istəyirəm” - Hüseyn Dəryanın qızı

saytların hazırlanması

Evə çatdırılma

“Deyirlər rəqqasəlik etmək istəyirəm” - Hüseyn Dəryanın qızı

Şou

27 Fevral 2019 21:37 1849


Mərhum reper Hüseyn Dəryanın qızı Aişə yenə "Bizimləsən" verilişinə çıxıb. 

Qardaşı Cahangirin DNT analizini tələb edən Aişə fikrindən daşınmayacağını bildirib. O, ətrafdakı qınaqlara önəm vermədiyini söyləyib:

"Deyirlər bura özümü tanıtmağa gəlmişəm, müğənni, rəqqasəlik etmək istəyirəm. Hazırda burada mahnı oxusam, studiyada bir adam qalmaz, səsim yoxdur. Şairə, rəssam olacağımı desələr, hə. Modelyerliyim var, amma müğənniliyim yox. Hamı kiminsə ata və anası ola bilər. Bioloji olaraq təsdiqlənibmi? Yox... Heç kim mənim anamla atam və ya Sona iklə atam arasında olanları bilmir". Dördpendirli pizza

Aparıcı Zaur Baxşəliyev Aişəyə "Atalıq testi ata olmadan edilmir. Bacı-qardaş testi isə edilə bilər. Amma bəlkə çıxdı ki, Aişə Hüseyn Dəryanın qızı deyil" sözlərini işlədib. 

Reperin qızı isə "Özümdən əmin olmasam, bura gəlməzdim. Niyə neçə milyon insan qarşısında özümü biabır edim? Bibilərimlə də danışdım, DNT analizinə gedəcəm. Sona xanım zəng etdi ki, əmin deyiləm sən Hüseyn Dəryanın qızısan. Atam o vaxt elə bir söz işlədib. Mən analizə gedirəm ki, Hüseyn Dəryanın qızı olduğumu sübut edim" deyərək, bildirib. 

Aişə Zaurun "Təsdiqlənsə belə, Cahangir səni yaxınına buraxarmı" sualına  "Bilirəm qardaşımdır, sadəcə, əmin olmaq istəyirəm. Həqiqətən bacı-qardaşıqsa, məni bağışlayar. Bir yol tapıb özümü əfv etdirəcəm. Bura savaşa görə yox, qardaşımı qazanmağa gəlmişəm" cavabını verib.

Axşam.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!