Diaspora Komitəsi qazilərə əlil arabaları bağışladı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Diaspora Komitəsi qazilərə əlil arabaları bağışladı - Fotolar

Sosial

04 Mart 2021 12:15 678


Müharibə dövründə dövlətimizə və müharibədən zərər çəkmiş mülki vətəndaşlarımıza dəstəklərini ifadə edən soydaşlarımız, tarixi qələbəmizdən sonra da qazilərimizə mümkün dəstəyi göstərirlər. 

Yenisabah.az xəbər verir ki,  Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rusiya Federasiyasının Primorye diyarında fəaliyyət göstərən Azərbaycan diasporu adından Vətən müharibəsində sağlamlığını itirmiş qazilər üçün ölkəmizə gətirilmiş əlil arabaları da diaspor-dövlət birliyinin daha bir nümunəsidir. 

Əlil arabaları qazilərə çatdırılması üçün müxtəlif qurumlara təhvil verilir. Belə ki, qazilərə paylanılması üçün Salyan rayon İcra Hakimiyyətinə 8 ədəd, Oğuz rayon icra hakimiyyətinə 5 ədəd, Sabunçu rayonundan seçilmiş millət vəkilinə 5 ədəd, Göyçay rayonundan seçilmiş millət vəkilinə 5 ədəd və Yaşat Fonduna 13 ədəd araba təhvil verilib.  Pepperoni pizza

Qeyd edək ki, əlil arabalarından 60 ədədi də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi vasitəsi ilə Naxçıvana yola salınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!