Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Qızlar ərə getməzdən əvvəl güzəştə getməyi öyrənsinlər“  - Əməkdar artist
24 Noy 2021 17:33
2985

“Qızlar ərə getməzdən əvvəl güzəştə getməyi öyrənsinlər“ - Əməkdar artist

“Çox zaman gənclərin gözünü sevgi kor edir, düşünürlər ki, sevdiyi şəxs yanında olsa, hər şeyi aşa bilər, amma bir müddət sonra, sevgi əvvəlki möhkəmliyini itirir, belə olmadığını görürlər”.

Bu sözləri Yenisabah.az-a Əməkdar artist Dilarə Əliyeva boşanmalar barədə danışarkən deyib.

O, gənc ailələrdə qarşılıqlı hörmətin vacibliyini vurğulayıb:

“Çox təəssüf ki, böyük ümidlər, planlar, xoşbəxtlik dolu qurulan ailələr dağılır. Təbii ki, ailənin uzunömürlü və dayanıqlı olmasının səbəbi qarşılıqlı sevgi, hörmət və bu kimi bağlılıqlardır. Bunlar mütləq olmalıdır ki, ailə bir ömür yürüyə bilsin. Mənim bir sözüm var, həmişə deyirəm ki, qızlar ərə getməzdən əvvəl güzəştə getməyi öyrənsinlər. Güzəştə getməyi bacarmaq insanları bir çox bəladan hifz edir. Səbr, səbr və yenə səbr…

Səbr etmək, qarşındakını başa düşmək lazımdır, emosiyalarla hərəkət etmək düzgün deyil. Soyuq ağılla düşünmək, yüz ölçüb, bir biçib, daha sonra qərar vermək lazımdır. Bəzən böyüklərin ağıllı şəkildə müdaxiləsinə çox böyük ehtiyac var. Bu da hər iki tərəfin bir-birini anlaması şərtilə olmalıdır”.

Aktrisa boşanmaların artmasına səbəb kimi bəzi məşhurların göstərilməsinə etiraz edib:

“Acınacaqlı haldır, bəziləri düşünür ki, ailələrin dağılmasına kimlərsə, hansısa məşhur şəxslər nümunə olur. Bu fikir hardan qaynaqlanır, - bilmirəm. Amma qətiyyən belə deyil. İnsanların öz düşüncələri, planları olur. Ataların sözü var: “Şərti şumda kəs ki, xırmanda dalaşmayasan”. Əgər kimlər üçünsə gələcək planları, kariyerası daha önəmlidir, onsuz olmaz deyə, bir həyat düşünürsə, təbii ki, ailə quranda da qarşı tərəflə bu barədə danışmalıdır. Bunu ona deyib məsələni öncədən həll eləmək lazımdır.

Çox zaman gənclərin gözünü sevgi kor edir, düşünür ki, sevdiyi şəxs yanında olsa, hər şeyi aşa bilər, amma bir müddət sonra, sevgi əvvəlki möhkəmliyini itirir, keçmiş planları, arzuları ilə baş-başa qalır və bu planla yürüməyəndə onlar peşman olurlar. Bu baxımdan əsl sevgi ayrılığa dözən sevgi deyil, əsl sevgi yaxınlığa dözən sevgidir ki, yanında ikən, bir nəfəs yaxınlığında ikən, bir ömür boyu sevdiyin yerdən davam eləyəndir. Bunu hər kəs bacarmır. Bunu bacaranlar ailəni qorumağı bacarırlar”.

Sənətçi gənc ailələrə valideynlərin dəstəyinin vacib olduğunu qeyd edib:

“Düşünürəm ki, istər qız anası, istərsə də oğul anası övladını yox, ailə quran gənclərin taleyini düşünməlidir. Onlar balalarının uğurlu teleyi üçün əllərindən gələn köməyi əsirgəməməlidirlər. Bacardıqları qədər həm maddi, həm mənəvi dəstək verməlidirlər ki, rahat yaşasınlar, ailələri uzunömürlü olsun. Hamı üçün əvvəllər çətin olur, bu çətinliyə sinə gərmək lazımdır. İlk çətinlikdə hər şeyi qırmaq, dağıtmaq, məhv eləmək olmaz.

Belə bir məsəl var, deyir, söz götürənindir, yer oturanın. Səbrlə hər şeyi həll etmək, məsələlərə səbrlə yanaşmaq lazımdır. Xüsusən də ailə məsələsinə səbrlə yanaşmağı bacarmaq lazımdır. Düşünmək lazımdır ki, hər bir ailədə mütləq mənada çətinliklər, anlaşılmazlıqlar olur. Qarşı tərəflər buna görə bir-birindən özlərini soyutmamalıdır. Hər bir sözün deyiliş forması var. Səbrlə yanaşmaq lazımdır, əsəbi başda ağıl olmaz. Əsəblə nəyisə aydınlaşdırmaq olmaz, sakit başla münasibətlərə aydınlıq gətirmək lazımdır. 

Çox zaman ailələr övlad olmadığına görə dağılır. Bu səbəbdən dağılan ailələr heç də az deyil. Amma nəzərinizə çatdırım ki, əgər ailə dağılırsa, ona övlad da mane ola bilmir. O qədər övladı ilə ayrılan ailələr var ki. Bəzən övlad belə ailəni xilas edə bilmir, ona yeganə xilas edən sevgi, hörmət, qarşılıqlı anlaşmadır”.

Əsmətxanım Rzazadə

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər

Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar url?sa=i&url=https://goog.az/"> Pulsuz Elanlar Pulsuz Elanlar url?q=https://goog.az/"> Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar