DİM: 65 mindən çox şəxs qeydiyyatdan keçib

saytların hazırlanması

Evə çatdırılma

DİM: 65 mindən çox şəxs qeydiyyatdan keçib

Sosial

23 Aprel 2026 10:49 121


Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı davam edir.

"Yeni Sabah" xəbər verir ki, İ, II, III və IV ixtisas qrupları üzrə qəbul aprelin 29-u saat 23:59-da tamamlanacaq.

Hazırda I ixtisas qrupu üzrə 23782 , II ixtisas qrupu üzrə 18863 , III ixtisas qrupu üzrə 18161 , IV istisas qrupu üzrə 4881 olmaqla, ümumilikdə isə 65687 abituriyent qeydiyyatdan keçib.

İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!