DİM açıqladı: 64 min abituriyent ərizəsini təsdiq edib

saytların hazırlanması

Evə çatdırılma

DİM açıqladı: 64 min abituriyent ərizəsini təsdiq edib

Sosial

14 Mart 2022 10:15 409


Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.

Yenisabah.az Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, ərizə qəbulu martın 17-dək internet vasitəsilə aparılacaq.

Martın 14-ü saat 9:30-a olan məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 64 min 89 abituriyent öz ərizəsini təsdiq edib. Onlardan 58 min 578-i Azərbaycan bölməsi, 5 min 511-i rus bölməsi üzrədir. Dördpendirli pizza

Qeyd edək ki, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!