Dövlət İmtahan Mərkəzi iyulun 212-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları (II cəhd) keçiriləcək.
Yenisabah.az DİM-ə istinadla xəbər verir ki, imtahanlar saat 10:00‑da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Bu barədə Mərkəzin abituriyentlərə müraciətində bildirilir. Sezar pizza
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
“İmtahana buraxılış vərəqəsi”ndə, həmçinin imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və s. məlumatlar qeyd olunur. Buraxılış vərəqələri imtahandan 1 həftə öncə Mərkəzin saytına yerləşdirilib.
Telegram kanalımız