DİN-dən sürücülərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu səhvi etməyin!

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən sürücülərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu səhvi etməyin!

Sosial

31 Avqust 2026 11:54 97


Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yağıntılı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, qurum sürücülərə yola çıxmazdan əvvəl avtomobillərin texniki sazlığını yoxlamağı tövsiyə edib. Bildirilib ki, yağıntılı havada texniki nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq avtomobilin yolda qalmasına, nəticədə digər nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranmasına və qəza riskinin artmasına səbəb ola bilər.

Sürücülərə yağıntılı hava şəraitində yollarda ehtiyatlı davranmaq, sürət həddinə və təhlükəsiz ara məsafəsinə riayət etmək tövsiyə olunub. pizza mizza

Həmçinin avtomobildə nasazlıq yarandığı halda nəqliyyat vasitəsinin mümkün qədər yolun kənarına çəkilməsi vacibdir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!