DİN rəhbəri də MI6 casusunun “yaxın adamı“na qahmar çıxdı

saytların hazırlanması

Evə çatdırılma

DİN rəhbəri də MI6 casusunun “yaxın adamı“na qahmar çıxdı

Dünya

18 Yanvar 2023 14:06 646


İranın daxili işlər naziri Ali Milli Təhlükəsizlik Şurasının katibinin dəyişdirilməsini şayiə adlandırıb.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, DİN rəhbəri Əhməd Vəhidi Ali bununla bağlı sualı çox qısa cavablandırıb: "Bu, şayiədir".

Yanvarın 17-də İranın kəşfiyyat naziri İsmayıl Xətib də buna oxşar ifadə işlədib: "Əli Şəmxaniyə qarşı son şifahi hücumlar ədalətsizdir və o, milli təhlükəsizlik sahəsində xüsusi səylər göstərib". pizza hut

Qeyd edək ki, İranda MI6-nın casusu kimi ifşa olunaraq edam edilmiş Əlireza Əkbəri ilə bağlı siyasi qalmaqaldan sonra Ə. Şəmxani şifahi ittiham hədəfinə çevrilib. Çünki Ə.Əkbəri Ali Milli Təhlükəsizlik Şurası katibinin adamı kimi tanınıb. Hətta onun MI6 casusundan hədiyyələr aldığı da iddia olunur.

Bir müddət əvvəl isə Ə.Şəmxaninin istefaya göndərilkəcəyi və onu əvəz edə biləcək 3 şəxsin adı açıqlanıb:general-mayor Rəşid, general Nəccar və polkovnik Vahidi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!