Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Din təkcə qutu qoyub nəzir yığmaqdan ibarət deyil”
20 İyl 2021 15:21
4689

“Din təkcə qutu qoyub nəzir yığmaqdan ibarət deyil”

“Türkiyənin dəyanət işlər başqanının icra etdiyi bayram namazına qiyabi olaraq qatıldım və xütbəsini dinlədim. Nə qədər anlamlı və gözəl mesajlar verdi. Dindən, həyatdan, siyasətdən. Bu bayram da faydalı sözlərin eşidilməsi üçün bir fürsətdir. Kipr Barış hərəkatından danışdılar, “İstiqlal” marşının sözləri ilə Türk insanının daha da əzmli olmasını təlqin etdi”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa özünün sosial şəbəkə hesabında yazıb:

O, qeyd edib ki, istər camiyə gələn, istər də canlı yayında izləyən insanlar üçün çox düşündürücü, anlamlı bir xütbə oldu: “Azərbaycanda 44 günlük savaşdan sonra ilk Qurban bayramı idi. Hələ savaş risqi də tam mənası ilə ortadan qalxmayıb. Bəlkə siyasət, din başbilənlərimiz bunu da düşünəydilər. Cəmiyyətə Vətənə sevgi, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı, mehribançılıq, həmrəylik mövzusunda pozitiv bir şeyləri hələ də Türkiyədəki ahənglə deyə bilmirik. 

Böyük dövlət olmanın şərtlərindən biri də budur. Hər sahədə dövlət-vətəndaş münasibətlərinin canlı tutulmasına çalışmaq vacibdir. Bu cür bayramları başdansovdu yola vermək olmaz. Din təkcə qutu qoyub nəzir yığmaqdan ibarət deyil ki? Bu həm də dövlətin ən önəmli sütunudur, məhz bu sütun sağlam təmələ oturmadığına görə hər an binamızın uçma təhlükəsini hiss edirik. Üstəlik də ictimai nəqliyyatın bayram günlərində işləməsini qadağan etməklə, təkcə Allahın bayramına deyil, Allahın vətəndaşına da başdansovdu yanaşıldığını görürük. Olmaz. 

İnsanların bir qisminin taksiyə verməyə pulu yoxdur. Belə günlərdə də qiymətləri taksilər kəlləçarxa çıxarırlar. Vətəndaşa bayram əvəzinə hüsran yaşatmaq olmaz. Bu mənasız qərarlardan da uzaq durmaq lazımdır. Nə isə, gedib qurbanlarımızı kəsdirib paylayaq, Allah hər kəsin niyyətinə görə əməlini qəbul etsin!”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər