“Dinamo”nun erməni futbolçusu “Qalatasaray“ı bəyənmədi

saytların hazırlanması

Evə çatdırılma

“Dinamo”nun erməni futbolçusu “Qalatasaray“ı bəyənmədi

İdman

21 Fevral 2023 14:48 884


Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Arsen Zaxaryanın növbəti dəfə "Qalatasaray"a transferi ilə bağlı növbəti məlumatlar yayılıb. 

Qol.az xəbər verir ki, Türkiyənin "Miliyyet" qəzeti erməniəsilli rusiyalı futbolçunun İstanbul təmsilçisinə keçməyə yaxın olduğunu yazıb. Onun bu transferə müsbət baxdığı, artıq İstanbula gəldiyi, hətta “Qalatasaray”ın bazasından 5 km uzaqlıqda yerləşən oteldə qaldığı iddia olunub. 

Klub bununla bağlı rəsmi açıqlama verməyib. 

Amma Rusiyanın championat.com saytı öz mənbələrinə istinadən yazıb ki, 19 yaşlı oyunçu İstanbul təmsilçisinə keçməkdə maraqlı deyil. Bildirilib ki, klublar arasında bu transferlə bağlı razılıq olsa da, Zaxaryan "Qalatasaray"a getməmək qərarı verib. 

Qeyd edək ki, Rusiya millisinin üzvü bu mövsüm daxili çempionatda 16 oyuna 2 qol vurub, 5 qol ötürməsi edib./Qol.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!