16 Avqust - 10:57
“Diplomat olmaq bir üzünə tüpürəndə o biri üzünü çevirmək deyil”

“Diplomat olmaq bir üzünə tüpürəndə o biri üzünü çevirmək deyil”

Mədəniyyət

05 Avqust 2022 17:33 2363


“Mehdinin nökərləri” adlı radikal qruplaşma üzvlərinin Londonda Azərbaycan səfirliyinə hücum etməsi ölkədə böyük ajiotaj doğurdu. Əksəriyyət bu hadisəyə görə Böyük Britaniya hökumətini ittiahm etsə də, Azərbaycanın Londondakı diplomatik korpusunun əməkdaşlarını qınayanlar da var.

Yenisabah.az xəbər verir ki, Xalq artisti Nurəddin Mehdixanlı da analoji mövqedən çıxış edib. “Şöhrət” ordenli aktyor Azərbaycanın Londondakı diplomatlarının səfirliyimizə hücum edən radikal qruplaşma üzvlərinə qarşı müqavimət göstərməli olduqlarını bildirib.

Aktyor deyib ki, bu cür ekstremal situasiyalarda diplomat yox, vətəndaş olmaq lazım idi: ”Bayrağını ayaq altına atacaqlar, ölkəni təhqir edəcəklər, sən də, qaçıb gizlənəcəksən? Diplomat olmaq bir üzünə tüpürəndə o biri üzünü çevirmək deyil.

Bir Dövləti, onun şərəfini, mənafeyini hər vasitəylə qorumaqdır diplomat olmaq!”. 

İmamət İSMAYILOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!