Diplomatlarımızın aldadılması: Türkiyədəki səfirlik izahat verdi

Diplomatlarımızın aldadılması: Türkiyədəki səfirlik izahat verdi

Maraqlı Veb saytların hazırlanması

29 Noyabr 2023 16:31 674


Türkiyədə Azərbaycan diplomatlarının aldadılması ilə bağlı xəbər həqiqəti əks etdirmir.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.

"Sözügedən diplomatların Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və ya Baş konsulluqları ilə heç bir bağlılığı yoxdur.

Belə bir halın baş verdiyi məlumdur və zərərçəkən şəxslər Türkiyədəki beynəlxalq təşkilatlarda çalışan əməkdaşlar olublar.

Bir neçə il bundan əvvəl qeyd edilən diplomatlar çalışdıqları beynəlxalq təşkilatın işinə aidiyyəti olmadan öz şəxsi təşəbbüsləri əsasında maliyyə sərmayəsi etmək qərarına gəliblər və onlar xəbərlərdə səslənən vəsaitin yalnız bir qismi ilə ziyan çəkiblər.

Hazırda qeyd edilən şəxslərin iddiası əsasında məsələ Türkiyənin müvafiq hüquq-mühafizə orqanları və məhkəməsi tərəfindən nəzarətə götürülüb və araşdırma aparılır”, - deyə səfirliyin məlumatında vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!