DİQQƏT! ADY bəzi sərnişinlərin biletlərinin pulunu QAYTARACAQ

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! ADY bəzi sərnişinlərin biletlərinin pulunu QAYTARACAQ

İqtisadiyyat

16 İyul 2026 15:55 201


Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti nəticəsində Qax-Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Təhlükəsizlik məqsədilə 1 avqust tarixinə qədər Bakı-Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Dominos pizza

Balakən-Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq. Yolun təm bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 1 avqustdan Bakı-Balakən-Bakı reysləri müvəqqəti dayandırılacaq.

Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq. Mövzu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax-Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.

Təhlükəsizlik məqsədilə həmin sahədə qatarların hərəkəti iyulun 20-dək məhdudlaşdırılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!