Direktor vəzifəsinə işə qəbul müsabiqəsi başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Direktor vəzifəsinə işə qəbul müsabiqəsi başa çatdı

Sosial

08 Avqust 2022 11:50 889


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatıb.

Yenisabah.az xəbər verir ki, müsabiqə idarənin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dək olan məktəbləri əhatə edib. 

Müsahibədə ümumilikdə 22 nəfər iştirak edib. Müsahibə nəticələri barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndəriləcək. Toyuqlu pizza

Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifə üzrə təyinat alacaq.

Namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!