Türkiyədə din xadimlərinin eskort qızlarla görüşdüyü iddiaları geniş müzakirələrə səbəb olub.
Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı araşdırma aparan Adil Şen sosial mediada 11 imamın eskort yanına getdiyini, lakin onların yalnız 7-nin istintaqa cəlb olunduğunu qeyd edib.
"Diyanet" rəsmisi Ahmet Murat Hocaoğlunun imzaladığı bəyanatda isə din məmurlarına böhtan atıldığı, sənədlərin kompüter proqramı ilə hazırlandığı vurğulanıb. Dominos pizza
Hocaoğlu iddianın əslində, "Diyanət" daxilindəki bəzi həmkarlar ittifaqlarını ləğv etmək cəhdi olduğunu bildirib.
O bildirib ki, eskort qızlarla görüşlərin məscid telefonu ilə edildiyi iddiası doğru deyil: “Üzvlərimizin müdafiə hüquqları bloklanır. Mesajların heç birində əxlaqsız hərəkətə yol verilməsi ilə bağlı dəqiq ifadə yoxdur”.
Telegram kanalımız