DJ Turaldan həyat yoldaşının çimərlik paylaşımına reaksiya - FOTOLAR 

saytların hazırlanması

Evə çatdırılma

DJ Turaldan həyat yoldaşının çimərlik paylaşımına reaksiya - FOTOLAR 

Şou

06 Yanvar 2024 08:42 34249


Tanınmış influenser və aparıcı Səma Abıyevanın paylaşımı müzakirələrə səbəb olub.

“Yeni Sabah” olay-a istinadən xəbər verir ki, buna isə onun Abu-Dabi tətilində çəkdirdiyi çimərlik geyimindəki fotoları paylaşması zəmin yaradıb. Belə ki, izləyiciləri bu postuna görə Səmanı tənqid atəşinə tutublar.

Bütün bunların fonunda isə Abıyevanın aparıcı həyat yoldaşı Tural Yusifov xanımın paylaşımına alov və ürəkli emoji şərhini yazıb. pizza hut

Bəzi istifadəçilərin Turala reaksiyasından sonra o iradlara belə cavab verib:

"Cəmiyyəti və dediyiniz balaları pozan cahillik və savadsızlıqdır. Siz stəkana boş tərəfindən baxırsız. Mütləq qaydada burada bir pis niyyət, pozulma və ya ayıb görürsünüz. İnsanlar azaddırlar və digərinin azadlığını pozmayana qədər hür qərarlarını verə bilərlər. Çimərliyə gedəndə hər halda gözümüzü yummuruq. Orada onlarla çimərlik geyimində şəxslər var və heç kim, heç kimə pis nəzərlə baxmır və maraqlanmır.

Biz isə "əxlaq" şüarı ilə yürüş keçirdir, adamların həyatının mərkəzi prospektinə özümüzə uyğun tikdiyimiz "əxlaq" bayrağını sancırıq. Düşünmürük ki, bizim biçdiyimiz bayraq sadəcə bizə uyğundur. Sizinlə eyni düşünməməyimiz səhv olmağımız anlamına gəlmir. Çox sevdiyim kitabda çox sevdiyim bir dialoq var: "Dünyada sadəcə, bir günah var, bircə dənə. Bu da oğurluqdur.. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır. Sən adam öldürəndə, onun həyatını oğurlayırsan, yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan..Özünə məxsus olmayanı götürən adam, fərqi yoxdur bu başqasının həyatı olsun, ya bir tikə çörək"".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Dilqem
    Tural beyin Xetrin çox istəyirəm Ve burdan Onun ünvanına Səslənən Sert söz yazanlara Demey isteyiremki Sizin Yaxinlarinizdan her hansı birise Çimərlikdə Subanan mi çimir Yoxsa çimərlik geyimi ilə Vallah Utanıram o ele sərt sözlər yazanların yerine Bir ətrafına bax Gör sora kiminsə ünvanına Nese de
    2 years ago
  • Rehim
    Hərənin bir həyat tərzi var ama əxlaqda insanda gözəl bir əlamətdir ama ki deyəsən bəziləri soyunub şəkil çəkdirməyi özünə hakk qazandırır
    2 years ago
  • Şapı
    Dj Turala hormetim var idi artiq hormetim yoxdu
    2 years ago
  • Süleyman
    Əxlaq geyimlə ölculmurse. Onda qəti heç ne geyinməyin.
    2 years ago
  • Elnarə
    Salam.Zamanın tələbi ilə ayaqlaşmaq lazımdır.Amma bəzi sərhədləri qorumaq şərti ilə.Hər kəs özünə cavabdehdir.
    2 years ago
  • Vüqar
    Salam. Siz " avtostop " verlişi ilə tanındız. Sonra məşhurlaşdız. Elə çox fikirlərinizdəki dəyişikliklər elə bundan sonra başladı. Heç unutmuram, verlişinizin birində içkili sürücüyə belə demişdiz: Siz qanun qarşısında ,başqa yerlərdə və Allah qarşısında cavab verəcəksiz" İndi soruşmaq istəyərdim : " Siz və xanımınız Allahın qarşısında nə cavab verəcəksiniz? "
    2 years ago